ain.az, Yenisabah saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Milli Onkologiya Mərkəzində partlayış hadisəsi Şua-diaqnostika şöbəsində baş verib.
“Yeni Sabah” Oxu.az-a istinadən bildirir ki, şöbənin birinci mərtəbəsində qeydə alınan hadisə zamanı həkim-radioloq Asif Nəsirli ağır bədən xəsarətləri alıb.
O, təcili olaraq xəstəxanaya hospitalizasiya olunub.
Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunublar, hadisənin başvermə səbəbləri araşdırılır.
***
15:35
Milli Onkologiya Mərkəzində partlayış olub.
“Yeni Sabah” xəbər verir ki, nəticədə orada müalicə olunan Mübariz Əliyev hadisə yerində ölüb, bir həkim xəsarət alıb.
Hüquq-mühafizə orqanlarının əməkdşaları hadisə yerindədir.
Araşdırma aparılır.
Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.