AZ

15 cüdoçumuz Avropa Kubokunda çıxış edəcək

Mayın 2-si və 3-ü tarixlərində Gürcüstanın paytaxtı Tbilisidə cüdo üzrə yeniyetmələr arasında Avropa Kuboku keçiriləcək.

Apasport.az xəbər verir ki, Avropa Cüdo Birliyinin təşkilatçılığı ilə reallaşacaq yarışda ölkəmiz 8 çəki dərəcəsində 15 cüdoçu ilə təmsil olunacaq. 

Milli komandamıza yeniyetmə oğlanlardan ibarət yığmanın baş məşqçisi Emin İskəndərov və məşqçi Nicat Şıxəlizadə rəhbərlik edəcək.

Beynəlxalq turnirdə 16 ölkədən 310 idmançı iştirak edəcək. Avropa Kubokunun ədalət təmsilçiləri arasında Azərbaycan Cüdo Federasiyasının hakimlər heyətinin üzvləri, “B” kateqoriyalı beynəlxalq dərəcəli hakimlər – Mehman İmamquliyev və Pərviz Hüseynov da yer alacaq.

Heyəti təqdim edirik:

Oğlanlar

50 kq

Ülvi Cəlilzadə

Əli Kazımzadə

Fərid Rzazadə

55 kq

Səlim Hüseynov

Devid Mahmudov

Turan Ayvazlı

60 kq

Məhəmməd Abdullazadə

Əli Əlizadə

66 kq

Zaməddin Bağırov

Teymur Gülməmmədov

73 kq

Ruslan Əsgərov

Akif Məmmədli

81 kq

Hüseyn Səfərov

90 kq

Saleh Rzayev

+90 kq

Hüseyn Hüseynov

Bundesliqa: “Bavariya” 3 xalı 4 qolla qazandı

Naxçıvanda cüdo üzrə region birinciliyi keçirilib

Cüdo üzrə Qarabağ və Şərqi Zəngəzur bölgəsi üzrə region birincilikləri keçiriləcək

Almaniyada keçiriləcək Avropa Kubokunda 39 cüdoçumuz çıxış edəcək

Naxçıvanda cüdo üzrə region birincilikləri keçiriləcək

Seçilən
32
1
apasport.az

2Mənbələr