Xəbər verdiyimiz kimi,Milli Onkologiya Mərkəzinin otaqlarının birində partlayış olub.
Metbuat.az xəbər verir ki, yaralanan həkim Həkim-radioloq Asif Nəsirlidir.
Asif Nəsirli 1999-2005-ci illərdə Azərbaycan Tibb Universitetinin Müalicə- profilaktika fakültəsində təhsil alıb.
2005-2006-cı illərdə Milli Onkologiya Mərkəzində internatura keçib. 2006-2008-ci illərdə Milli Onkologiya Mərkəzində kliniki-ordinatura keçib.
2008-ci ildən Milli Onkologiya Mərkəzinin Şüa terapiyası şöbəsi və Uşaq klinikasında Radiasyon onkoloq vəzifəsində çalışır.