AZ

İçib bacımgilə getmişdim, yoldaşının xoşuna gəlmədi, döydüm

Demokrat.az portalından verilən məlumata əsasən, ain.az bildirir.

Abşeron rayonunda yeznə-qayın arasında yaranan mübahisə cinayətlə nəticələnib.Demokrat.az-ın əldə etdiyi məlumata görə, hadisə bu ilin yanvarın 9-da rayonun Masazır qəsəbəsində baş verib. Sabirabad rayon sakini, 1989-cu il təvəllüdlü Rüstəm həmin gün saat 18 radələrində bacısı Vüsalənin əri Ramilin ailə üzvləri ilə birlikdə yaşadığı evinə növbəti dəfə alkoqol sərxoşluğu vəziyyətində gəlib. Rüstəmin bu növbəti sərxoş vəziyyətinə və ailə işlərinə qarışmasına görə irad bildirən Ramillə həmin səbəblərdən aralarında şəxsi münasibətlər zəminində mübahisə yaranıb.O, bacısının ərinin üzərinə hücum edib, ona ardıcıl zərbələr vurmaqla bədəninə müxtəlif xəsarətlər yetirib. İş üzrə ifadə verən Rüstəm ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. O, ifadəsində göstərib ki, rəsmi olaraq heç bir yerdə işləmir:“Bacımın əri Ramil ilə münasibətim əvvəllər yaxşı olub. Son zamanlar bəzən spirtli içki içərək onların yaşadığı ünvana getməyim Ramilin xoşuna gəlmirdi və buna görə aramızda soyuqluq yaranmışdı”. Rüstəm qeyd edib ki, yanvarın 9-da kafelərin birində spirtli içki qəbul etdikdən sonra həmin gün saat 18 radələrində Ramillə bacısı Vüsalənin birlikdə yaşadığı Masazır qəsəbəsində yerləşən evlərinə gedib:“Həmin vaxt mənim gedişim Ramilin xoşuna gəlmədiyi üçün aramızda bu zəmində mübahisə baş verdi. Mübahisə zamanı əsəbiləşərək onun üzərinə getdim, əlim ilə onun sifət, başım ilə isə baş nahiyəsinə zərbələr vurdum. Sonra evdən getdim”.İş üzrə zərərçəkmiş Ramilin sözlərinə görə, həyat yoldaşının qardaşı Rüstəmlə əvvəllər münasibəti normal olsa da, son zamanlar Rüstəmin mütəmadi olaraq spirtli içki qəbul edib və onların yaşadığı evə gələrək ailəsinin şəxsi işlərinə müdaxilə etməsi üstündə aralarında sözlə mübahisələri baş verib:“Yanvarın 9-da, saat 18 radələrində yaşadığım evdə olarkən Rüstəm yenə də sərxoş vəziyyətdə evə gəldi. Mən də söhbət zamanı Rüstəmə yenə də spirtli içki qəbul edərək gəldiyinə görə öz iradımı bildirdim. Bu səbəbdən aramızda mübahisə baş verdi. Mübahisə zamanı Rüstəm üzərimə gələrək əvvəlcə əl, yumruq zərbələri ilə sifət, sol qol, ardınca başı ilə alın nahiyəmdən zərbələr vuraraq mənə xəsarət yetirdi”. Zərərçəkmiş şəxs ifadəsinin sonunda təqsirləndirilən şəxs ilə barışdığını ondan heç bir şikayəti olmadığını göstərib.  İşi araşdıran hakim onların barışmasını nəzərə alıb. 

Abşeron Rayon Məhkəməsinin hökmü ilə Cinayət Məcəlləsinin 73.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilib. Onun barəsində olan cinayət işi üzrə icraata xitam verilib.Fariz Məlikli

Demokrat.az

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
31
demokrat.az

1Mənbələr