AZ

Konqresdə İran davası: Tramp komandası yalan danışır

İran müharibəsi  ilə bağlı müzakirələr ABŞ Konqresində əməlli-başlı qarşıdurmaya və  söz duelinə çevrildi.

Ölkə.az xəbər verir ki,  ABŞ müdafiə naziri Pet Heqsetin Pentaqon büdcəsinə nəzarət edən Konqres üzvlərinin qarşısında çıxışı zamanı çox gərgin anlar yaşanıb və müzakirələr virtual döyüş meydanını xatırladıb.

Belə ki, Konqresdəki Demokratlar Tramp administrasiyasını İranla müharibə  məsələsində ictimaiyyəti çaşdırmaqda günahlandırıblar.

Pentaqon rəhbəri də Konqres üzvlərinə qarşı sərt ifadələr işlədərək deyib: "Hazırda qarşılaşdığımız ən böyük çətinlik, ən böyük düşmən, Demokratların və Konqresdəki bəzi Respublikaçıların ehtiyatsız, bacarıqsız və məğlubiyyətçi ritorikasıdır".

 Nazirin bu çıxışı  vəziyyəti daha da gərignləşdirib. Kaliforniya Demokrat nümayəndə Con Qaramendi administrasiyanın müharibə siyasətini sərt tənqid edərək deyib ki, Tramp administrasiyası ölkəni açıq şəkildə aldadıb. "Cənab Heqset, siz ilk gündən Amerika xalqına bu müharibə barədə yalan danışırsınız, Prezident də belə etdi. Siz ictimaiyyəti müharibənin səbəbi barədə səhv məlumat verdiniz", - o vurğulayıb.

 Qaramendi  hazırkı hakimiyyəti səriştəsizlikdə və bu səbəbdən də  ABŞ-ni Yaxın Şərqdə yeni bir bataqlığa sürükləməkdə ittiham edib.

Konqresmen  Adam Smit isə deyib ki, Tramp administrasiyası ABŞ-ni  Yaxın Şərqdə genişmiqyaslı  müharibəyə cəlb etməsinin bədəlini ödəməkdəyik.

Mürtəza

Seçilən
60
2
olke.az

3Mənbələr