AZ

Braziliyalı qapıçı “Fənərbağça”dan gedir

“Fənərbağça”nın qapıçısı Ederson karyerasını Səudiyyə Ərəbistanında davam etdirə bilər.

İdmanxeber.az-ın məlumatına görə, braziliyalı qolkiperlə “Əl-Nəsr” maraqlanır və artıq ilkin danışıqlara başlanılıb. İstanbul klubu da yüksək maaş alan oyunçu ilə yolları ayırmağa müsbət yanaşır.

32 yaşlı qapıçı bu mövsüm “Fənərbağça”da 36 oyunda 35 qol buraxıb, 13 matçda isə qapısını toxunulmaz saxlayıb.

Seçilən
71
idmanxeber.az

1Mənbələr