AZ

Ermənistan müxalifəti Paşinyanın partiyasından daha çox səs alacaq - Sorğu

Ermənistanda seçkilər keçirilsəydi, 3 əsas müxalifət qüvvəsi hakim partiyadan daha çox səs toplayardı.

"Yeni Sabah" new.az-a xəbər verir ki, bunu son sorğunun nəticələri göstərib.

Respondentlərin 26,7%-i hakim "Vətəndaş müqaviləsi", "Güclü Ermənistan"a 14,1%, "Ermənistan"a 8,2% və "Çiçəklənən Ermənistan"a 7,5% səs verərdi.

Rəyi soruşulanların 4,2%-i "Birlik Qanadları" Partiyasına, 3,1%-i Demokratiya, 2,7%-i Hüquq və İntizam Partiyasına, "Parlaq Ermənistan" Partiyasına, 2,3%-i "Şnorhapetakan" Partiyasına, 1,9%-i "Yeni Qüvvə" Partiyasına, 1,7%-i Respublika Partiyasına, 1,1%-i Xristian Demokrat Partiyasına və s. səs verəcəyini bildirib.


Telegram kanalımız
Seçilən
36
1
yenisabah.az

2Mənbələr