AZ

İspaniya Baş nazirinin həyat yoldaşı jurnalisti MƏHKƏMƏYƏ VERDİ

Ajans.az Europa Press agentliyinə istinadən xəbər verir ki, iddia kafedə baş verdiyi bildirilən insidentlə bağlıdır. Qomezin tərəfi hadisəni “təcavüz xarakterli hərəkət” kimi qiymətləndirir. Bundan əvvəl Vito Kviles sosial şəbəkələrdə Qomezdən korrupsiya iddiaları ilə bağlı suallar verməyə çalışdığı anların əks olunduğu videonu yayımlayıb. Görüntülərdə Baş nazirin həyat yoldaşını müşayiət edən şəxslərin jurnalisti ondan uzaqlaşdırdığı əks olunub. Qomezin və tərəfdarlarının iddiasına görə, jurnalist onun kafeni tərk etməsinə mane olub və bu hərəkətlər “təcavüz” kimi qiymətləndirilir.

Qeyd edək ki, bundan əvvəl mediada Beqonа Qomezlə bağlı müxtəlif korrupsiya iddiaları səsləndirilib. Bu məsələ üzrə araşdırmalar davam edir.

Seçilən
35
Ajans.az

1Mənbələr