AZ

Ulduz futbolçu "Arsenal"a qayıda bilər

"Bayern"in vingeri Serj Qnabri İngiltərə Premyer Liqasına qayıda bilər.

Publika.az xəbər verir ki, bu barədə insayder Ekrem Konur məlumat yayıb.

Futbolçunun bu yay transferində "Arsenal" maraqlıdır. Almaniyalı oyunçunun hüquqları 2011-2016-cı illərdə London klubuna məxsus olub. Lakin bu müddətdə o, "topçular"ın heyətində cəmi 18 oyuna çıxıb, 1 qol vurub və 1 məhsuldar ötürmə edib.

Serj Qnabri 2017-ci ildə 8 milyon avro qarşılığında "Verder"dən "Bayern"ə transfer olunub. Onun müqaviləsi 30 iyun 2028-ci ilə qədər qüvvədədir.

Seçilən
50
publika.az

1Mənbələr