İngiltərənin “Mançester Yunayted” klubu yarımmüdafiəçisi Kobbi Meynu ilə müqaviləni uzadıb.
İdmanxeber.az-ın məlumatına görə, 21 yaşlı futbolçu ilə yeni sözləşmə 2031-ci ilin yayına qədər nəzərdə tutulub.
Klubun yetirməsi olan Meynu bu mövsüm 26 oyunda 3 məhsuldar ötürmə ilə yadda qalıb.