AZ

Ukrayna zərbə strategiyasını genişləndirir 150 km dərinlikdəki hədəflər vurulacaq

Azpolitika.az portalından verilən məlumata əsasən, ain.az bildirir.

Ukraynanın müdafiə naziri Mixail Fedorov ordunun pilotsuz uçuş aparatları ilə təminatı və yeni hücum strategiyası ilə bağlı Prezident Volodmir Zelenskiyə hesabat təqdim edib.

Prezident ofisinin məlumatında qeyd olunur ki, həm cəbhə xətti, həm də uzaq məsafəli əməliyyatlar üçün dron təminatı artırılır.

Nazir bildirib ki, yaxın aylar üçün əsas prioritetlərdən biri 120–150 kilometr dərinlikdə zərbələrin həyata keçirilməsidir. Bu zərbələrin əsas hədəfləri kimi Rusiyanın hərbi logistika xətləri, silah anbarları, qərargahları və hava hücumundan müdafiə sistemləri göstərilir.

Qeyd olunub ki, cari il ərzində bu tip zərbələr üçün vasitələrin tədarükü ötən illə müqayisədə 5 dəfə artırılıb. Ukrayna tərəfi həm müqavilələrin, həm də istehsalın daha da genişləndirilməsini planlaşdırır.

Bununla yanaşı, Ukrayna rəhbərliyi aprel ayı üzrə Rusiya ordusunun itkilərinə dair ilkin məlumatları da müzakirə edib. Bildirilib ki, yekun təsdiqlənmiş rəqəmlər may ayının əvvəlində açıqlanacaq. Əsas məqsəd isə düşmənin canlı qüvvə itkilərinin mobilizasiya tempini üstələməsidir.

Məlumatda həmçinin silah ixracının açılması məsələsinin də gündəmdə olduğu vurğulanır. Bu istiqamətdə normativ-hüquqi addımların müzakirə edildiyi və yerli silah istehsalının dəstəklənməsinin planlaşdırıldığı qeyd olunur.

“AzPolitika.info”

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
61
azpolitika.info

1Mənbələr