AZ

Elektron diplom dövrü: təhsil sənədlərində yeni mərhələ

Azərbaycanda və dünyada təhsil sənədlərinin rəqəmsallaşdırılması prosesi sürətlə davam edir. Artıq diplom və attestatlar kağız daşıyıcılar əvəzinə elektron sistemlər üzərindən təqdim olunur. Bu dəyişiklik həm sənədlərin daha çevik əldə edilməsinə, həm də saxtakarlıq risklərinin minimuma endirilməsinə xidmət edir.

QHT.az xəbər verir ki, təhsil eksperti Elçin Əfəndinin fikrincə, bu sistem müasir dövrün informasiya texnologiyaları tələblərinə tam uyğunlaşmanın göstəricisidir. Onun sözlərinə görə, əvvəllər məzunlar diplomlarını uzun müddət gözləməli olurdu, bəzi hallarda bu proses bir ilə qədər uzanırdı. İndi isə məzunlar təhsili bitirən kimi elektron diplomlarını əldə edə bilirlər.

Ekspert qeyd edir ki, elektron diplomların tətbiqi yalnız operativlik deyil, həm də ekoloji baxımdan əhəmiyyətlidir. Kağız istifadəsinin azalması təbiətə yükü azaldır və daha dayanıqlı idarəetmə modelinə keçidi sürətləndirir.

Elçin Əfəndi bildirir ki, elektron diplom sistemi yüksək təhlükəsizlik mexanizmləri ilə qorunur və saxta sənəd yaradılması praktiki olaraq mümkün deyil. Bütün məlumatlar mərkəzləşdirilmiş bazaya inteqrasiya olunur və Dövlət İmtahan Mərkəzinin rəsmi məlumatları ilə uyğunlaşdırılır.

Qeyd edilir ki, gələcəkdə yalnız yeni məzunlar deyil, əvvəlki illərin diplomlarının da mərhələli şəkildə elektron sistemə inteqrasiyası nəzərdə tutulur. Bu isə təhsil sənədlərinin vahid rəqəmsal bazada toplanmasına imkan verəcək.

Zəhra Ağayeva

Seçilən
53
qht.az

1Mənbələr