AZ

Prezident Kuboku nun qalibi: Qızıl medal qazanacağımı gözləyirdim

Azertag portalından verilən məlumata əsasən, ain.az bildirir.

Mingəçevir, 30 aprel, AZƏRTAC

Yarış yüksək səviyyədə təşkil olunub. Bir neçə gün əvvəl İtaliyada turnirdə iştirak etmişdim. Həmin yarışın yorğunluğu hələ canımdan çıxmamışdı.

AZƏRTAC xəbər verir ki, bunu "Prezident Kuboku 2026" beynəlxalq reqatasında qızıl medal qazanan Azərbaycan avarçəkəni Azər İlyasov jurnalistlərə açıqlamasında deyib.

Akademik avarçəkmədə birnəfərlik qayıqla 1500 metr məsafəyə yürüşdə fərqlənən idmançı təəssüratlarını bölüşüb: "Qızıl medal qazanacağımı gözləyirdim. Baxmayaraq ki, mənə "bacarmayacaqsan, yorğunsan" deyirdilər. Lakin özümdə güc topladım və bunu bacardım".

Müxbir - Elnur Salahov

Foto - Azər İbrahimov

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
30
1
azertag.az

2Mənbələr