AZ

"Dövlət daim öz vətəndaşının yanındadır" - Deputatdan prezidentin sərəncamına REAKSİYA

"Məlumdur ki, mart-aprel aylarında intensiv yağışlar və sel daşqınları nəticəsində həm Bakı şəhərində, həm də bölgələrdə vətəndaşlara, eləcə də infrastruktura ciddi ziyan dəyib. Bu ziyanın aradan qaldırılması üçün ölkə prezidenti cənab İlham Əliyevin sərəncamı ilə Prezidentin ehtiyat fondundan 85,8 milyon manat vəsait ayrılıb. Bu vəsait Bakı şəhərində və digər ərazilərdə vətəndaşlara dəyən ziyanın ödənilməsi məqsədilə istifadə olunacaq və mövcud problemlər öz həllini tapacaqdır".

Bu barədə Redaktor.az-a Prezident İlham Əliyevin  Sərəncamı ilə bağlı danışan deputat Aydın Hüseynov bildirdi.

O əlavə etdi ki, "Azərsu", "Azərişıq" və Fövqəladə Hallar Nazirliyinə, eləcə də AAYDA-ya müvafiq həcmdə vəsaitlər ayrılıb:

"Bu vəsaitlər həm də dəymiş ziyanın aradan qaldırılması, həmçinin gələcəkdə belə halların baş verməsi zamanı adekvat addımların atılması üçün nəzərdə tutulub. Görüləcək işlər gələcəkdə bu kimi halların qarşısının alınmasına yönəlib. Bütövlükdə bu addımlar ölkə prezidentinin Azərbaycan vətəndaşlarına göstərdiyi növbəti diqqət və qayğının ifadəsidir. Bu, ölkədə aparılan siyasətin əsasını Azərbaycan vətəndaşının maraqlarının təşkil etdiyini bir daha göstərir. Dövlət daim öz vətəndaşının yanındadır və vətəndaş da dövlətinə güvənir. Bu qarşılıqlı etimad ölkənin daha da qüdrətli olmasına, iqtisadi və siyasi nüfuzunun möhkəmlənməsinə və milli birliyin daha da güclənməsinə xidmət edən əsas amillərdən biridir".

NURİYYƏ

Seçilən
32
1
redaktor.az

2Mənbələr