AZ

Finala yüksəlmək istəyirik Qrizmann ÇL i qazanmağa köklənib

ain.az xəbər verir, Fanat saytına əsaslanaraq.

UEFA Avropa Liqasının yarımfinal mərhələsinin ilk oyunları çərçivəsində dünən baş tutan "Atletiko Madrid" - "Arsenal" matçının (1:1) ən yaxşı oyunçusu seçilən Antuan Qrizmann fikirlərini bölüşüb.

Fanat.Az xəbər verir ki, cari mövsümün sonunda Madrid təmsilçisini tərk edəcəyi dəqiqləşən fransalı forvardın sözlərini UEFA-nın rəsmi saytı belə çatdırıb:

"İkinci yarıda üstün göründük. Yüksək intensivliklə oynadıq. Belə də olmalıdır. Cavab oyununda da eynisini etməyə çalışacağıq. Bizi yaxşı mübarizə gözləyir. Finala yüksəlmək istəyirik. Mən həm bu görüşə, həm də Londondakı matça səylə hazırlaşmışam. Ümid edirəm ki, finala çıxacağıq".

Qeyd edək ki, tərəflərin İngiltərədəki dueli mayın 5-də keçiriləcək.

Nihat

 

Abunə Ol

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
36
1
fanat.az

2Mənbələr