AZ

ABŞ Hormuz boğazının bir hissəsini ələ keçirməyi müzakirə edir

Tramp CENTCOM-un hərbi planlarını nəzərdən keçirir, “qısa və güclü” zərbələr variantı da masada müzakirə olunur...

Poliqon xəbər verir ki, ABŞ İrana qarşı genişmiqyaslı hərbi əməliyyatların bərpası variantlarını ciddi şəkildə nəzərdən keçirir. Axios portalının məlumatına görə, bu planlar arasında Hormuz boğazının bir hissəsinin ələ keçirilməsi və İranın zənginləşdirilmiş uran ehtiyatlarının müsadirə edilməsi də var.

Məlumata əsasən, prezident Donald Tramp bu gün Mərkəzi Komandanlığın (CENTCOM) komandiri admiral Bred Kuperin İrana qarşı mümkün hərbi əməliyyatlar planı ilə bağlı məruzəsini dinləməlidir. Mənbələrin sözlərinə görə, bu məruzə Trampın ya danışıqlardakı dalana qurtulmaq, ya da müharibə bitməmiş həlledici zərbə endirmək üçün irimiqyaslı döyüş əməliyyatlarının bərpası variantını ciddi şəkildə nəzərdən keçirdiyini göstərir.

CENTCOM-un vəziyyətlə tanış olan üç mənbənin məlumatına əsasən, İrana qarşı “qısa və güclü” zərbələr seriyası planı hazırlanıb. Bu plan ehtimal ki, infrastruktur obyektlərini hədəf alır və məqsədi danışıqlardakı dalanaqdan çıxmaqdır. Hesablama budur ki, bu zərbələrdən sonra İran nüvə məsələsində daha çox çeviklik nümayiş etdirərək danışıqlar masasına qayıdacaq.

Trampa təqdim ediləcəyi gözlənilən digər plan isə Hormuz boğazının bir hissəsinin ələ keçirilməsi və boğazın ticarət gəmiçiliyi üçün açılmasına yönəlib. Mənbələrdən birinin sözlərinə görə, belə bir əməliyyat quru qoşunlarını da əhatə edə bilər. Keçmişdə müzakirə edilmiş və brifinqdə yenidən gündəmə gələ biləcək daha bir variant isə İranın yüksək zənginləşdirilmiş uran ehtiyatlarının ələ keçirilməsi üçün xüsusi təyinatlı qüvvələrin əməliyyatıdır.

Poliqon.info

Seçilən
53
poliqon.info

1Mənbələr