Məsud Pezeşkian Fars körfəzi Milli Günü münasibətilə çıxış edərək Hormuz boğazını “İran xalqının müqavimət simvolu” adlandırıb...
Poliqon xəbər verir ki, İran prezidenti Məsud Pezeşkian ABŞ-ın tətbiq etməyə cəhd etdiyi dəniz blokadasının uğursuzluğa məhkum olduğunu bəyan edib. Onun sözlərini Mehr Agentliyi yayıb.
Pezeşkian vurğulayıb ki, dəniz blokadası yaratmaq və məhdudiyyətlər tətbiq etmək cəhdləri beynəlxalq hüquqa ziddir, region ölkələrinin maraqlarına, eləcə də bütün dünyada sülh və sabitliyə qarşıdır. “Bu cəhdlər uğursuzluğa məhkumdur”, – deyə İran prezidenti əlavə edib.
Pezeşkian bu bəyanatla Fars körfəzi Milli Günü münasibətilə çıxış edib. Bu gün 1622-ci ildə portuqalların Hormuz boğazından qovulmasının ildönümünə həsr olunub. İran prezidenti bu su yolunun “böyük İran xalqının müqavimət simvolu” olduğunu bəyan edib.
Xatırladaq ki, son günlər ABŞ və İran arasında gərginlik kəskin şəkildə artıb. Bir neçə gün əvvəl Axios portalı ABŞ-ın Hormuz boğazının bir hissəsini ələ keçirmək və İranın zənginləşdirilmiş uran ehtiyatlarını müsadirə etmək planlarını nəzərdən keçirdiyini yazmışdı. Tehran isə dəfələrlə istənilən təcavüzün sərt cavabla qarşılanacağını bildirib.
Poliqon.info