AZ

Çin ABŞ İran qarşıdurmasından qazanc götürmür

ain.az, Bizimyol portalına istinadən məlumatı açıqlayır.

Çin, ABŞ ilə İran arasında silahlı qarşıdurmadan qazanc götürmədiyini açıqlayıb.

Bizimyol.info xəbər verir ki, bu barədə Çin Xalq Respublikasının Müdafiə Nazirliyinin rəsmi nümayəndəsi Çjan Syaogan məlumat verib.

“Çin bu böhranı başlatan tərəf deyil və qarşıdurmada iştirak edən tərəflərdən biri də deyil. Biz heç vaxt vəziyyətin gərginləşməsini istəməmişik və heç vaxt bundan qazanc əldə etməyə çalışmamışıq. Həmişə atəşkəsin təmin olunmasına və döyüş əməliyyatlarının dayandırılmasına çalışmışıq”, - deyə o bildirib.

Çjan Syaogan əlavə edib ki, bəzi media qurumlarının Çini baş verən hadisələrə görə günahlandırmaq cəhdləri “faktların görməzdən gəlinməsi və tamamilə absurddur” və “Çinin üzərinə günah atmaq məqsədli siyasi manipulyasiyalardır”.

“Bu müharibə baş verməməli idi və heç bir tərəfə fayda gətirmir”, - deyə o qeyd edib.

Çjan Syaogan deyib ki, Pekin Çin Prezidenti Si Cinpinqin irəli sürdüyü təkliflərə uyğun olaraq gərginliyin azaldılmasına kömək etməyə davam edəcək və Yaxın Şərqdə davamlı sülh və sabitliyin əldə olunmasına “konstruktiv rol oynayacaq”.

Bizimyol.info

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
48
bizimyol.info

1Mənbələr