Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Səudiyyə Ərəbistanının Azərbaycandakı səfiri İssam bin Saleh əl-Cüteili ilə görüşüb.
Pravda.az-ın məlumatına görə, bu barədə səfirliyin “X” hesabında məlumat verilib.
Görüş zamanı qarşılıqlı maraq doğuran məsələlərin müzakirə olunduğu bildirilib.
Tarix: 30 Aprel 2026, 18:18