AZ

Rumıniyada beynəlxalq caz festivalında Azərbaycan da təmsil olunacaq

ain.az, Azertag portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Buxarest, 30 aprel, AZƏRTAC

Mayın 7-dən 10-dək Rumıniyanın Piteşti şəhərində “Tulip Jazz” beynəlxalq caz festivalı keçiriləcək. Festival çərçivəsində müxtəlif ölkələrdən musiqiçilər çıxış edəcək.

AZƏRTAC xəbər verir ki, tədbirin son günü səhnəyə azərbaycanlı musiqiçilər Rain Sultanov və Hikmət Babazadə çıxacaqlar.

Qeyd olunur ki, onların çıxışı festival proqramının əsas hissələrindən biri hesab olunur və beynəlxalq caz mühitində Azərbaycan musiqisinin təqdimatı baxımından əhəmiyyət daşıyır.

Festival Piteşti Filarmoniyası və “Gheorghe Zamfir” Yay Teatrında keçiriləcək və dörd gün ərzində həm yerli, həm də xarici ifaçıların konsertləri ilə müşayiət olunacaq.

İqbal Hacıyev

AZƏRTAC-ın xüsusi müxbiri

Buxarest

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
42
2
azertag.az

3Mənbələr