AZ

Kaliforniyada benzinin qiyməti rekord həddi keçib

İranla bağlı gərginlik fonunda yanacaq bazarında kəskin bahalaşma müşahidə olunur...

Poliqon xəbər verir ki, Bloomberg Agentliyinin məlumatına əsasən, ABŞ-ın Kaliforniya ştatında benzinin qiyməti rekord həddi keçərək bir qallona görə 6 dollardan yuxarı qalxıb. Bildirilir ki, İranla müharibənin başlanğıcında bu göstərici 4,64 dollar səviyyəsində olub.

Məlumata görə, dizel yanacağı da rekord səviyyəyə yüksələrək bir qallona görə 7 dollara çatıb. Qiymət artımı enerji bazarlarında yaranan qeyri-sabitlik və təchizat zəncirindəki gərginliklə əlaqələndirilir.

Ekspertlər hesab edirlər ki, yanacağın bahalaşması ABŞ daxilində ciddi iqtisadi və siyasi risklər yaradır. Xüsusilə bu vəziyyət ölkə prezidenti Donald Trump administrasiyası üçün aralıq seçkilər öncəsi əlavə təzyiq amili kimi qiymətləndirilir.

Eyni zamanda, ölkənin ən sıx məskunlaşmış ştatı olan Kaliforniyada qiymət artımı yerli hakimiyyət üçün də problemə çevrilib. Ştatın qubernatoru Gavin Newsom üçün bu vəziyyət siyasi baxımdan həssas hesab olunur və onun gələcək prezidentlik ambisiyalarına da təsir göstərə biləcəyi bildirilir.

Analitiklər qeyd edirlər ki, yanacaq bazarındakı bu dalğalanma təkcə ABŞ iqtisadiyyatına deyil, həm də qlobal enerji bazarına təsir göstərməkdədir.

Poliqon.info

Seçilən
35
poliqon.info

1Mənbələr