AZ

Azərbaycan cüdoçularının "Böyük Dəbilqə" turnirində ilk rəqibləri bəlli oldu

Mayın 1-3-də Tacikistanın paytaxtı Düşənbədə təşkil olunacaq cüdo üzrə "Böyük Dəbilqə" turnirinin püşkatma mərasimi keçirilib.

Fanat.Az Azərbaycan Cüdo Federasiyasına istinadən xəbər verir ki, mərasimdə idmançılarımızın da ilk rəqibləri müəyyənləşib.

Dünya Cüdo Turuna daxil olan yarışda Azərbaycan 4 çəki dərəcəsində 6 cüdoçu ilə təmsil olunacaq. Turnirdə 34 ölkədən 240 idmançı mübarizə aparacaq.

Kişilər

60 kq, 1/8 final 

Murad Muradlı – Yan Motoli Bonqambe (Fransa) / Muhammadcon Maşaripov (Özbəkistan) cütünün qalibi ilə

66 kq, 1/8 final 

Nizami İmranov – Yerdaulet Bozşa (Qazaxıstan)

İslam Rəhimov – Nursultan Zayzaqaliyev (Qazaxıstan)

73 kq, 1/8 final 

Rəşid Məmmədəliyev – Binyomin Nazirov (Tacikistan) / Vlad Mitru (Moldova) cütünün qalibi ilə

+100 kq, 1/8 final 

Uşanqi Kokauri – Mohammadpuria Banaeyan Tolki (İran)

Camal Qamzatxanov – Yovan Pekoviç (Monteneqro)

"Böyük Dəbilqə"nin təsnifat mərhələsi saat 11:00-da, final bloku isə 16:00-da start götürəcək.

Seçilən
16
11
fanat.az

10Mənbələr