AZ

Böyük Britaniyanın Baş nazirinə etiraz bildirilib

London, 30 APREL, AZƏRTAC

Böyük Britaniyanın paytaxtı Londonda baş verən bıçaqlanma hadisəsindən sonra Baş nazir Kir Starmer Qolders Qrin bölgəsinə səfəri zamanı etirazlarla qarşılanıb.

AZƏRTAC “The Independent”ə istinadla xəbər verir ki, dünən Qolders Qrin ərazisində 76 və 34 yaşlı iki yəhudi kişi bıçaqlı hücuma məruz qalıb. Bu gün hadisə yerinə gələn Baş nazirə qarşı onlarla etirazçı müxtəlif şüarlar səsləndirib.

Qeyd edək ki, hökumət və Baş nazir son dövrlərdə antisemit hücumlara münasibətdə kifayət qədər tədbir görülməməsi ilə bağlı tənqid olunur. Yəhudi icmasının nümayəndələri isə antisemitizmin cəmiyyətdə getdikcə normallaşdığı barədə xəbərdarlıq edirlər. Hökumət yəhudi icmalarının təhlükəsizliyinin gücləndirilməsi məqsədilə polis patrullarına və təhlükəsizlik tədbirlərinə əlavə 25 milyon funt sterlinq ayrılacağını açıqlayıb.

Aytən Abbaslı

AZƏRTAC-ın xüsusi müxbiri
London
Seçilən
65
1
azertag.az

2Mənbələr