AZ

Şəhid atasının yubiley tədbiri keçirildi - FOTO



“Mən varım-yoxum bir övladımı bu torpaq, bu xalq, bu millət uğrunda qurban vermiş bir atayam. Güvən yerim də, ümid yerim də bu xalqdır, bu dövlətdir. İtirdiyimizin yerini heç kim və heç nə doldura bilməz. Amma az da olsa onları yaşada, əbədiləşdirə bilmək bizə rahatlıq verir.

Baş leytenant Vüsal Kazımov iki ali təhsil alan, Uşaq Gənclər İdman məktəbinin direktoru işləyən, vətənpərvər bir gənc olaraq yeganə məmur övladı olub ki, könüllü cəbhəyə yazılıb və şəhid olub. Digər məmur övladları kimi mən uşağımı gizlətməmişəm”.

Bu sözlər Astara Pedaqoji Kollecinin direktoru, Lənkəran Dövlət UniversitetininprofessoruKamran Kazımovun yubiley tədbirindəki çıxışındandır.

Vətənini, xalqını sevən, məhz bu məqsədləyaşayıb-yaradan əsl ziyalı, kamil şəxsiyyət, dosent, filologiya elmləri doktoru, professor, şəhid atası, Astara Pedaqoji Kollecinin direktoru KamranŞahverən oğlu Kazımov yaxşılıq gözündə ucala-ucala ömrünün 65 ilini yola saldı.Kamran müəllim ucaldığı müdriklik zirvəsindən geriyə boylanandaötən illərin hədərgetmədiyini, özününcəmiyyət üçün dəyərli, lazımlı olduğunu görür və bununlaruhən,cismən rahatlıqtapır, qürur duyur, millətindöyünən ürəyi,düşünənbeyni olaraq şərəfli həyat yolunu davam edir. Hər gördüyü işdə fədakar ziyalı, xalqını, yurdunu halal bir məhəbbətlə sevən ləyaqətli bir vətəndaş olduğuyaxşı görünür.

Kamran Kazımov Lənkəran rayonunun Yuxarı Nüvədi kəndində boya-başa çatıb.Elə doğma elində - məzunu olduğuMais Mirzəcanov adına Yuxarı Nüvədi kənd tam orta ümumtəhsil məktəbində 65 illik yubileyinə həsr olunmuş “Şərəfli ömür yolu” adlı,uzun müddət yaddaşlardan silinməyən birtədbir keçirildi.

Tədbirdə əvvəlcəKamran müəllimin nəvələri - şəhid baş leytenant Vüsal Kazımovun övladları Nuray və Aynurmusiqi müəllimi Sevin Əliyevanın pianoda müşayiəti ilə Azərbaycan Respublikasının Dövlət Himni oxudularvəVətən yolundaözlərini qurban verən zəfər şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla anıldı.

Lənkəran-Astara Regional Təhsil İdarəsinin müdir müavini Rəhim Rəhimovun, Yeni Azərbaycan Partiyası Astara rayon təşkilatının sədri Həbib Cəfərovun,Lənkəran rayonu üzrə Təhsil Sektorunun müdiri Ağamməd Səmədovun, Astara rayonu üzrə Təhsil Sektorunun müdiri Xədicə Əliyevanın, Lənkəran Dövlət Universitetinin vəAstara Pedaqoji Kollecinin əməkdaşlarının, məktəb rəhbərlərin, rayon ictimaiyyətinin nümayəndələrin, yubilyarın ailə üzvlərinin, qazi vəşəhid ailələrin, eləcədigər qonaqların yer aldıqları tədbirdə Kamran müəllimin 65 illik yubileyini təbrik edərək onun həyat və fəaliyyət yolunun elmə, təhsilə və Vətənə xidmətin parlaq nümunəsi olduğunu bildirən məktəbin direktoruRamiz Ramazanov daha sonra dedi:-Nəcib həyatamalı, saf niyyətixalqın, dövlətin mənafeyi naminə yönələnKamran müəllimin uzun illər pedaqoji sahədə qazandığı uğurları, yetişdirdiyi kadrları və cəmiyyətə verdiyi töhfələri çox dəyərlidir. Həmçinin şəhid atası kimi göstərdiyi mətanət və iradəsi onun doğma Vətəninə nə qədər ürəkdən bağlı olmasından xəbər verir. Yüksək zəkası, fitrətən xalq adamı olması, zəngin mənəvi aləmi hər kəsə örnəkdir.

Çıxış edərək Kamran müəllimlə bağlı xoş xatirələrini bölüşüb, onun uzun illər davam edən səmərəli pedaqoji fəaliyyəti, təhsilin inkişafına verdiyi töhfələr və insanlıq keyfiyyətlərindən söz açanLənkəran-Astara Regional Təhsil İdarəsinin müdir müavini Rəhim Rəhimov onu da vurğuladı ki,Kamran müəllim yüksək dəyərlərə malik ziyalı və nümunəvi pedaqoq kimiböyük nüfuz sahibidir. Tanrının bəxş etdiyi ömür payını ləyaqətlə yaşayan bu gözəl insana sağlam ömür arzu edirəm.

“Hər bir insanın dəyərionun özxalqı üçün gördükləri ilə ölçülür. Kamillik və mənəviyyat zirvəsinə ucalan, böyük həvəsləinsanlara səmimi xidmət etməkiç dünyasından, mənəvi aləmindən qaynaqlananKamran Kazımovun həyatı buna gözəl nümunədir. ”Busəmimi fikirlər isəYeni Azərbaycan Partiyası Astara rayon təşkilatının sədri Həbib Cəfərovun çıxışından götürülüb.

Çıxış edən digərnatiqlər Kamran müəllimingənclik dövründən elmə və təhsilə böyük maraq göstərdiyini,çalışqan, intizamlı və məsuliyyətli olduğunu,pedaqoji fəaliyyətə başladığı dövrdən etibarən biliyini,bacarığinişagird və tələbələrin təlim-tərbiyəsinə yönəldiyini, uzun illər ərzində yüzlərlə savadlı kadr yetişdirərək gənc nəslin formalaşmasında mühüm rol oynadığını dedilər. Eyni zamanda onun insani keyfiyyətləri – səmimiyyəti, təvazökarlığı, ədalətliliyi və insanlara qayğıkeş münasibəti xüsusi vurğulandı. Çıxışlarda onun ailə dəyərlərinə sadiqliyi, xüsusilə şəhid atası kimi göstərdiyi mətanət və səbir dərin ehtiramla qeyd olundu, həyat yolunun gələcək nəsillər üçün örnək olacağı diqqətə çatdırılıb.

Tədbirin bədii hissəsində məktəb şagirdlərinin və Lənkəran şəhər Cəfər Cabbarlı adına 1saylı Uşaq Musiqi Məktəbinin müəllim və şagird heyətinin ifasında şer, musiqi nömrələriiştirakçılar tərəfindən maraqla qarşılandı vədəfələrlə alqışlandı.

Sonda çıxış edən yubilyar Kamran Kazımov ilk növbədə tədbirin yüksək səviyyədə təşkilinə görə məktəb rəhbərliyinə və kollektivə təşəkkür etdi. Daha sonra o, keçdiyi həyat yolundan, müəllimlik fəaliyyətindən və bu yolda qazandığı təcrübələrdənsöz açdı, təhsilin insan həyatında oynadığı mühüm rolundandanışdı.Ona göstərilən diqqət və qayğınıyüksək qiymətləndirdi, eləcə tədbirə qatılan hər kəsə minnətdarlığını bildirməkləonlara möhkəm can sağlığı və uğurlar arzuladı.

Yubiley tədbiri iştirakçılarla birlikdə xatirə şəkillərinin çəkilməsi ilə yekunlaşdı

Zəfər ORUCOĞLU

Azərbaycan Jurnalistlər Birliyini üzvü

Seçilən
6
1
baki-xeber.com

2Mənbələr