AZ

ABŞ viza qaydalarını sərtləşdirir  

ABŞ viza qaydalarını sərtləşdirir. “BBC” xəbər verir ki, yeni qaydalara əsasən, viza üçün müraciət edən şəxslər öz ölkələrində təqib və ya təhlükə ilə üzləşmədiklərini təsdiqləməlidirlər. Bu dəyişiklik ABŞ səfirlikləri və konsulluqlarına göndərilən rəsmi təlimat əsasında tətbiq olunur. Məqsəd turist və ya tələbə vizası ilə ölkəyə daxil olub sonradan sığınacaq almağın qarşısını almaqdır.

Yeni qayda turist, tələbə və müvəqqəti iş vizaları da daxil olmaqla bütün qeyri-immiqrasiya vizalarına şamil edilir. Bununla yanaşı, bəzi ölkələr üzrə immiqrasiya vizalarının verilməsi də müvəqqəti olaraq dayandırılıb.

ABŞ rəsmiləri bildiriblər ki, bu addım milli təhlükəsizliyin gücləndirilməsinə xidmət edir.

Təhminə VERDİYEVA,

“Azərbaycan”

Seçilən
58
azerbaijan-news.az

1Mənbələr