AZ

Müasir yeməklərin uşaqlara pisoxoloji təsiri ola bilər Sosioloq

Demokrat.az saytından alınan məlumatlara görə, ain.az xəbər verir.

Gəncə şəhərində 20 nömrəli tam orta məktəbin ikinci sinif şagirdi M.N. digər məktəbli tərəfindən döyülüb. Bu cür hadisələr cəmiyyətdə belə bir sual yaradır ki, məktəblərdə aqressiya halları əvvəllər də mövcud olub, sadəcə sosial şəbəkələr olmadığı üçün görünməyib, yoxsa müasir dövrdə uşaqlar arasında aqressiv davranışlar həqiqətən artıb.Məsələ ilə bağlı Demokrat.az-a açıqlama verən sosioloq Elçin Bayramlı bildirib ki, bu məsələ mobil telefonlarla bağlı deyil. "Ümumilikdə son dövrlərdə uşaqlarda və yeniyetmələrdə aqressivliyin artması müşahidə olunur və bunun bir neçə əsas səbəbi var. Birinci səbəb ailə faktorudur. Son illərdə valideynlərin bir qismi uşağın tərbiyəsinə əvvəlki qədər diqqət ayırmır, tərbiyə prosesi zəifləyib. Bu da uşağın davranışına birbaşa təsir göstərir".Ekspert bildirib ki, ikinci mühüm məkan məktəbdir. "Məktəb uzun müddət təlimlə yanaşı tərbiyə ocağı kimi də çıxış edib. Lakin son dövrlərdə məktəbin və müəllimlərin tərbiyə funksiyası xeyli məhdudlaşıb. Nəticədə bəzi şagirdlərdə məsuliyyət hissi zəifləyir, davranış qaydalarına əməl etməmək halları artır. Üçüncü istiqamət kənar təsirlərdir. Uşaqların psixologiyasına təsir edən amillər kifayət qədər çoxdur. Buraya qidalanma da daxildir, müasir fast-food və müxtəlif kimyəvi tərkibli qidaların psixoloji vəziyyətə təsiri müzakirə olunur. Eyni zamanda uşaqların izlədiyi kontent, filmlər, multfilmlər, sosial şəbəkələrdəki materiallar, kompüter və onlayn oyunlar tez-tez zorakılıq elementləri ehtiva edir və bu da davranışa təsir göstərə bilir".Onun sözlərinə görə, burada üç əsas faktor önə çıxır:"Ailədə tərbiyə prosesinin zəifləməsi, məktəbdə tərbiyə funksiyasının məhdudlaşması və uşağın ətraf mühitdən aldığı təsirlər. Bu amillər birlikdə uşaqlarda aqressiv davranışların artmasına şərait yaradır. Problemin qarşısını almaq üçün həm ailə, həm məktəb, həm də ümumilikdə cəmiyyət səviyyəsində daha sistemli yanaşmaya ehtiyac var. Valideyn nəzarəti, məktəbdə tərbiyə mühitinin gücləndirilməsi və uşaqların məruz qaldığı informasiya və həyat tərzi faktorlarının düzgün idarə olunması bu istiqamətdə əsas rol oynayır”.Əfsanə Kamal

Demokrat.az

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
44
demokrat.az

1Mənbələr