AZ

Hövsanda “Changan”la toqquşan “Ford” daha sonra dirəyə çırpıldı VİDEO

ain.az, Avtosfer portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Paytaxtın Suraxanı rayonu, Hövsan qəsəbəsində yol-nəqliyyat hadisəsi qeydə alınıb.

Avtosfer.az-ın məlumatına görə, qəza aprelin 29-da səhər saatlarında baş verib. Hərəkətdə olan 99-QA-679 dövlət qeydiyyat nişanlı “Changan” markalı avtomobil “Ford” markalı nəqliyyat vasitəsi ilə toqquşub. Toqquşmadan sonra “Ford” yol kənarındakı dirəyə çırpılıb.

İddialara əsasən, hadisəyə ötmə və manevr qaydalarının pozulması səbəb olub. Qəza nəticəsində xəsarət alan olmayıb, hər iki avtomobilə maddi ziyan dəyib.

Faktla bağlı araşdırma aparılır.

Nərmin

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
49
avtosfer.az

1Mənbələr