AZ

Epşteyn öz adasında inşa etdiyi məscid üçün İslamın ən müqəddəs məkanından əşyalar əldə edib

Milyarder Kəbədən Quran ayələri ilə toxunmuş qobelenlər, Özbəkistandan plitələr və qədim Suriya memarlığı üslubunda qızıl günbəzi alaraq ABŞ-yə gətirib...

ABŞ-nin məhkum edilmiş seks cinayətkarı Ceffri Epşteyn Karib dənizindəki özəl adasında tikdirdiyi məscid üçün İslamın ən müqəddəs məkanlarından nadir əşyalar əldə edib.

Poliqon xəbər verir ki, bu barədə The New York Times qəzeti məlumat yayıb.

Nəşrin araşdırmasına görə, Epşteyn Məkkədəki Kəbədən Quran ayələri ilə bəzədilmiş qobelenlər, Özbəkistandakı məsciddən plitələr, eləcə də qədim Suriya memarlığı üslubunda qızılı rəngli günbəz gətirib. Həmin qobelenlər bir zamanlar Kəbənin daxilindəki müqəddəs otaqları bəzəyir və onun xarici divarlarını örtürdü.

NYT qeyd edir ki, Epşteyn illər boyu Yaxın Şərqdə əlaqələr quraraq nadir islam artefaktlarını əldə etməyə çalışıb. Onun məqsədi həm özəl adasındakı qeyri-adi binanı bəzəmək, həm də zəngin və nüfuzlu şəxslər şəbəkəsini genişləndirmək olub. Epşteyn Səudiyyə Ərəbistanının kral sarayına qədər uzanan əlaqələri sayəsində hazırkı vəliəhd şahzadə Məhəmməd bin Salmanla görüşə nail olub.

ABŞ Ədliyyə Nazirliyi tərəfindən yanvar ayında açıqlanmış milyonlarla səhifəlik sənədlər Epşteynin Karib dənizindəki Littl-Sent-Ceyms adasındakı qəribə bina ilə bağlı uzun müddətdir davam edən sirrə işıq salır. Mavi-ağ zolaqlı və qızıl günbəzlə taclanmış bu bina müxtəlif vaxtlarda musiqi zalı, pavilyon, kilsə və hətta okkult məbəd kimi təsvir edilib. Lakin Epşteyn və onun tərəfdaşları arasında illər boyu davam edən yazışmalar, həmçinin layihə üzərində işləyən rəssamla müsahibə onun məqsədini ortaya qoyur: Epşteyn – dünyəvi yəhudi olaraq – bu binanı “məscid” kimi nəzərdə tutub.

Poliqon.info

Seçilən
39
poliqon.info

1Mənbələr