AZ

Dağıstanda hakimiyyət dəyişikliyi

Rusiya Prezidenti Vladimir Putin Dağıstanın rəhbəri Sergey Melikovun başqa vəzifəyə keçdiyini açıqlayıb.

Publika.az xəbər verir ki, bu barədə MK məlumat yayıb.

Rusiya lideri həmçinin Dağıstan Xalq Məclisinin nümayəndələri ilə görüşüb və onlarla respublika rəhbərinin seçilməsi məsələsini müzakirə edib.

"Respublikanın hazırkı rəhbəri Sergey Alimoviç Melikov sentyabr ayında səlahiyyət müddətini başa vurur. O, çox şeyə nail olub və biz buna görə ona minnətdarıq. Amma o, başqa işə keçir və həyat davam edir", - Putin bildirib.

Respublika başçısı vəzifəsinə namizədlərin müzakirəsi zamanı Dağıstan nümayəndələri prezidentə Dağıstan Ali Məhkəməsinin sədri Fyodor Şukinin bu vəzifəyə namizədliyini irəli sürməyi təklif ediblər.

Seçilən
52
publika.az

1Mənbələr