AZ

Melikov vəzifəsindən gedir

Qafqazinfo saytından verilən məlumata görə, ain.az xəbər verir.

Dağıstan rəhbəri Sergey Melikov vəzifəsindən gedir.

“Qafqazinfo” “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə Rusiya Prezidenti Vladimir Putin respublika nümayəndələri ilə görüşü zamanı məlumat verib.

Rusiya lideri Melikovun fəaliyyətini yüksək qiymətləndirərək onun başqa işə keçəcəyini bildirib:

“Respublikanın hazırkı rəhbəri Sergey Alimoviç Melikovun səlahiyyət müddəti sentyabrda başa çatır. O, çox işlər görüb və buna görə ona minnətdarıq, lakin o, başqa işə keçir. Həyat davam edir”.

Putin Melikovun vəzifədəki son iş gününün dəqiq tarixini açıqlamayıb. Prezident respublika rəhbəri postuna namizəd qismində Dağıstan Ali Məhkəməsinin sədri Fyodor Şukinin namizədliyini dəstəklədiyini vurğulayıb.

Xatırladaq ki, Sergey Melikov 2020-ci ildən Dağıstana rəhbərlik edir.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
114
3
qafqazinfo.az

6Mənbələr