AZ

Gəncədə “Niva” bir neçə dəfə aşıb Xəsarət alan var

ain.az, Qafqazinfo saytına istinadən bildirir.

Gəncədə ağır yol-nəqliyyat hadisəsi baş verib.

​“Qafqazinfo” xəbər verir ki, hadisə şəhərin 28 May küçəsində qeydə alınıb.

Belə ki, hərəkətdə olan “Niva” markalı maşın əks yola çıxan “Hyundai Elantra” ilə toqquşub.

Daha sonra “Niva” markalı avtomobil bir neçə dəfə aşıb. Nəticədə avtomobildə olan Daşkəsən rayonu, Qabaqtəpə kənd sakini, 1986-cı il təvəllüdlü Sübhanə Abbasova müxtəlif dərəcəli xəsarətlər alıb. O, Gəncə şəhərində yerləşən xəstəxanalardan birinə yerləşdirilib.

​Faktla bağlı araşdırma aparılır.

Yunis Quliyev

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
72
2
qafqazinfo.az

3Mənbələr