AZ

“İnter” “Tottenhem”in qapıçısı ilə anlaşıb

Bakı, 30 aprel, AZƏRTAC

“Tottenhem”in və İtaliya millisinin qapıçısı Qulyelmo Vikario “İnter”ə keçməyə yaxındır.

AZƏRTAC xəbər verir ki, 29 yaşlı qolkiperin Milan təmsilçisi ilə bir neçə aydır apardığı danışıqlar müsbət yekunlaşıb və tərəflər razılıq əldə ediblər.

“Yuventus” Vikario ilə ciddi şəkildə maraqlansa da, qapıçı “İnter”ə keçməyi üstün tutub.

Qulyelmo Vikario bu mövsüm “Tottenhem”də bütün turnirlər daxil olmaqla, ümumilikdə, 43 oyunda meydana çıxıb və 65 qol buraxıb.

Seçilən
83
1
azertag.az

2Mənbələr