AZ

"Mavi işıq" eynəkləri həqiqətən faydalıdır, yoxsa marketinq fəndidir?

Mavi işığı bloklayan eynəklər göz yorğunluğunu azaltmaqda və ya yuxu keyfiyyətini yaxşılaşdırmaqda gözlənildiyi qədər effektiv deyil.

Redaktor.az xəbər verir ki, bu barədə "Nature" jurnalında və Melbourne Universiteti tərəfindən aparılan genişmiqyaslı meta-analizlərin nəticəsində bilinib.

Tədqiqatçılar 17 fərqli klinik sınağı nəzərdən keçirərək bildiriblər ki, rəqəmsal ekranlardan gələn mavi işığın miqdarı gözlərimizə ciddi ziyan vuracaq qədər yüksək deyil.

Həkimlər eynək əvəzinə "20-20-20" qaydasını (hər 20 dəqiqədən bir 20 saniyə ərzində 20 fut (6 metr) uzağa baxmaq) daha faydalı hesab edirlər.

Xədicə BAXIŞLI

Seçilən
71
1
redaktor.az

2Mənbələr