Avtosfer saytına istinadən ain.az xəbər verir.
Parkda avtomobillə şou göstərən məktəbli polis tərəfindən saxlanılıb. Avtosfer.az xəbər verir ki, Rusiyanın Sankt-Peterburq yaxınlığındakı Murino şəhərində baş verən hadisə ərazidə yerləşən bina sakini tərəfindən mobil vasitəsi ilə qeydə alınıb.
Məlumata görə, 14 yaşlı oğlan sürücülük vəsiqəsi olmadan sükan arxasına əyləşərək insanların istirahət etdiyi parkda təhlükəli manevrlər edib. Yeniyetmə həmyaşıdları qarşısında özünü göstərmək üçün valideynlərinə məxsus olan “Lexus” markalı avtomobillə parkın piyada zonasına daxil olub.
Daha sonra kadrlar sosial şəbəkədə paylaşılıb. Qısa müddətdə internetdə viral olan görüntülər sonra asayiş keşikçiləri hərəkətə keçib. Kimliyi müəyyən edilən yeniyetmə saxlanılaraq polis şöbəsinə gətirilib.
Şöbədə yeniyetmə ilə profilaktik söhbət aparılıb. Hadisə ilə bağlı onun valideynləri də məsuliyyətə cəlb olunub.
Sözügedən hadisənin videosunu təqdim edirik:
Namiq Musayev
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.