Bu gün Kanadanın Vankuver şəhərində FIFA-nın 76-cı Konqresi keçiriləcək.
90deqiqe.Az xəbər verir ki, bu barədə milli assosiasiyanın rəsmi saytı məlumat yayıb.
Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) prezidenti Rövşən Nəcəf, icraçı vitse-prezidenti Sərxan Hacıyev, baş katibi Cahangir Fərəcullayev və icraçı vitse-prezidentin müşaviri Orxan Əhmədov Konqresdə iştirak edəcəklər.