AZ

Dünyanın ən rəngli şəhərləri hansılardır? FOTOLAR

ain.az, Demokrat.az portalına istinadən məlumatı açıqlayır.

Portuqaliyanın paytaxtı Lissabon dünyanın ən rəngli şəhəri seçilib. Lissabonun analiz edilən fotolarında 2,6 milyondan çox rəng aşkar edilib. Şəhər rəngli binaları, "Alfama" kimi tarixi məhəllələri bəzəyən naxışlı plitələri və dar küçələrdə hərəkət edən sarı tramvayları ilə tanınır.Demokrat.az xəbər verir ki, "JustCover"in araşdırmasına görə  siyahıda ikinci yeri Malayziyanın paytaxtı Kuala-Lumpur, üçüncü yeri isə Portuqaliyanın Porto şəhəri tutub.Malayziyanın paytaxtı Kuala-Lumpur müasir göydələnlər, bəzəkli məbədlər və ənənəvi binalar arasındakı güclü rəng kontrastı ilə seçilir.Siyahıda üçüncü  olan Porto kərpic damlı evlər və Duero çayı boyunca yerləşən rəngarəng binaları ilə məşhurdur.Dördüncü yerdə Kolumbiyanın rəngləri ilə məşhur liman şəhəri Kartagena, beşinci yerdə isə Braziliyanın Rio-de-Janeyro şəhəri qərarlaşıb.Amerika qitəsinin ən rəngli 15 şəhəri arasında Qvanaxuato, Havana, Nyu-Orlean, Antiqva  və Nyu-York da yer alıb.

Seçilən
57
demokrat.az

1Mənbələr