AZ

Neandertalların məhvinin səbəbi: Zəka çatışmazlığı yoxsa başqa səbəblər?  

Elm dünyasında neandertalların yox olması ilə bağlı uzun illərdir hakim olan "aşağı intellekt" fərziyyəsi təkzib olunur. PNAS jurnalında işıq üzü görən yeni araşdırma bu məsələyə tamamilə başqa bir prizmadan baxmağı təklif edir.

Əvvəllər hesab edilirdi ki, neandertalların kəllə quruluşundakı fərqliliklər onların müasir insanlardan (Homo sapiens) daha az inkişaf etdiyinin sübutudur. Lakin mütəxəssislər 100 çinli və 100 avropalı könüllünün MRT nəticələrini təhlil edərək maraqlı bir fakt ortaya çıxarıblar: Müasir insanlar arasındakı beyin quruluşu fərqləri bəzən neandertallar və ulu babalarımız arasındakı fərqlərdən daha kəskin olur.

Əgər bu anatomik müxtəliflik müasir insanın zəkasına mənfi təsir göstərmirsə, deməli, neandertalların da quruluşca fərqli olması onların intellektual cəhətdən geri qalması anlamına gəlmirdi. Beləliklə, onların tarix səhnəsindən silinməsinin günahkarı zəka səviyyəsi deyil, demoqrafik dəyişikliklər və mədəni adaptasiya prosesləri olub.

Ülkər XASPOLADOVA,

 “Azərbaycan”

Seçilən
82
azerbaijan-news.az

1Mənbələr