AZ

Nobel sürprizi: Trampın adı siyahıda

ABŞ prezidenti Donald Trampın 2026-cı il üzrə Nobel Sülh Mükafatına namizədliyinin irəli sürüldüyü iddia olunur.

Musavat.com xəbər verir ki, bu barədə Reuters məlumat yayıb.

Məlumata görə, bu ehtimal Kamboca, İsrail və Pakistan liderlərinin Trampı Nobel Sülh Mükafatına namizəd göstərəcəklərini bəyan etməsinə əsaslanır. Bununla belə, Nobel Komitəsinin namizədlər siyahısı məxfi saxlanıldığı üçün məlumatı rəsmi şəkildə təsdiqləmək mümkün deyil.

2026-cı il üzrə mükafata ümumilikdə 208 nəfər və 79 təşkilat namizəd göstərilib. Norveç Nobel İnstitutunun direktoru Kristian Berq Harpviken bildirib ki, bu il siyahıda ötən illə müqayisədə daha çox yeni sima yer alır.

Laureatın adı 9 oktyabrda açıqlanacaq, mükafatlandırma mərasimi isə 10 dekabrda keçiriləcək.

 

Musavat.com

Seçilən
56
musavat.com

1Mənbələr