"Qalatasaray" - "Fənərbaxça" derbisində (3:0) qırmızı kart alaraq meydanı tərk edən Edersonun cəzası bəlli olub.
Apasport.az xəbər verir ki, braziliyalı qolkiper həmin görüşdən əlavə 3 oyunluq cəzalandırılıb.
Ederson bundan əlavə idmançıya yaraşmayan hərəkət səbəbiylə 400 min türk lirəsi məbləğində cərimə olunub.
Xatırladaq ki, Braziliya millisinin üzvü son derbi matçındakı penalti epizodunda baş hakimin ardıcıl xəbərdarlığına baxmayaraq qapıya doğru hərəkət etməmişdi və ikinci sarı kart sonrası qırmızı vərəqə alaraq meydandan qovulmuşdu.
İtaliyalı qolkiper vətəninə qayıdır - "İnter"lə anlaşdı
İngiltərə millisinin üzvü daha 5 il "Yunayted"də - RƏSMİ
Joze Mourinyo: "Dünya çempionatını Braziliya qazanacaq"
Eşli Yanq karyerasını başa vuracaq
Premyer Liqada baş məşqçi ayrılığı