Bu gün Misli Premyer Liqasında XXI turdan təxirə salınmış bir oyun keçirilib.
Musavat.com bildirir ki, “Neftçi” öz meydançasında "Qarabağ"ı “Palms Sports Arena"da qəbul edib. Komandalar arasındakı 102-ci derbi kifayət qədər gərgin və maraqlı keçib.
Qarşılaşmanın 54-cü dəqiqəsində Freddi Varqasın məhsuldar ötürməsindən sonra Emin Səfərov uzaq küncə qarşısıalınmaz baş zərbəsi ilə “Neftçi”ni önə çıxarıb.
Oyunun sonlarında Emil Balayevin avtoqolu “Qarabağ”da ümid yaratsa da, nəticə olmayıb.
Meydan sahibləri Bassala Sambunun əldə edibıər. Kamranbəy Rəhimovun final fitini səsləndirməsindən sonra ağ-qaralar 3 xala seviniblər və “Zirə”ni bir xal qabaqlayaraq, 4-cü yerə qalxıblar.
“Qarabağ”ın bu məğlubiyyətindən sonra “Sabah” çempion titulunu əldə edib.
Qeyd edək ki, "Neftçi" sonuncu dəfə 2021-ci ildə “Qarabağ”ı məğlub etmişdi. Düz 18 oyundan sonrakı dueldə qələbə həsrətinə son qoyuldu.
Musavat.comv