AZ

​“WhatsApp” ödənişli oldu Məbləğ KONKRET

Konkret.az saytından alınan məlumatlara görə, ain.az xəbər verir.

“WhatsApp” istifadəçilər üçün yeni ödənişli funksiyanı istifadəyə verib.

KONKRET.az xəbər verir ki, Meta şirkəti “WhatsApp Plus” adlı abunə paketini test etməyə başlayıb. Məlumata görə, bu paket istifadəçilərə əlavə imkanlar təqdim edir – fərqli dizayn mövzuları, xüsusi stikerlər, daha çox çatın “pin” edilməsi və fərdiləşdirmə funksiyaları. Aylıq ödənişin təxminən 2-3 avro civarında olduğu bildirilir.

Digər tərəfdən, şirkət təhlükəsizlik və performans səbəbindən köhnə telefonlara dəstəyi dayandırmağa hazırlaşır. Bildirilir ki, 2026-cı ilin sentyabrından etibarən Android 6-dan aşağı versiyalarda “WhatsApp” işləməyəcək.

Qeyd olunur ki, bu dəyişikliklər tətbiqin daha təhlükəsiz və sürətli işləməsi üçün edilir və istifadəçilərə əvvəlcədən xəbərdarlıq olunacaq./metbuat.az

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
35
4
konkret.az

10Mənbələr