Olke.az portalından verilən məlumata görə, ain.az xəbər yayır.
Niderland hakimiyyəti son iki gündə ölkəni bürüyən yanğınların söndürülməsi üçün Avropa İttifaqından kömək istəyib.
"Ölkə.az" xəbər verir ki, bu barədə Niderland milli yanğınsöndürmə koordinatoru Edvin Kok bildirib.
Onun sözlərinə görə, sorğu Aİ-nin Təcili Yardım Koordinasiya Mərkəzinə göndərilib.
Kok bildirib ki, Niderland xüsusi olaraq əlavə avadanlıq və yanğınsöndürmə briqadasının köməyini istəyib.
O qeyd edib ki, Niderland yanğınsöndürənləri artıq iki gündür ki, həddindən artıq təzyiq altında işləyirlər və yanğını təkbaşına söndürməyə davam edə bilmirlər.
Hansı Aİ ölkələrinin Niderlanda kömək göstərə biləcəyi hələ də məlum deyil. Aİ orqanları lazımi resursların təmin edilməsinin mümkünlüyünü qiymətləndirməlidirlər.
Son iki gündə Niderlandda onlarla yanğın baş verib. İlkin məlumatlarına görə, yanğınlar təbii xarakter daşıyır və uzun sürən quraqlıqla əlaqədardır. Xüsusilə, 29 və 30 aprel tarixlərində Gelderland və Şimali Brabant əyalətlərindəki üç hərbi təlim poliqonunda yanğınlar baş verib. Bir yanğın hərbi təlim zamanı başlayıb. Sursatın partlaması riski yanğınsöndürmə işlərini çətinləşdirir. Hərbi polis hadisələrin səbəblərini araşdırır.
Elvin
Ölkə.az
Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.