Rusiyada sürücülərlə bağlı yeni qayda müzakirəyə çıxarılıb.
Musavat.com xəbər verir ki, paytaxtın Yol Hərəkətinin Təşkili Mərkəzi cəriməsiz sürət həddinin hazırkı 20 km/saatdan kəskin şəkildə azaldılmasını mümkün hesab edir.
Məlumata görə, texniki imkanların artması fonunda sürət kameralarının artıq +2 km/saat artıq sürətə görə də cərimə tətbiq edə biləcəyi bildirilir. Bu isə o deməkdir ki, məsələn, 60 km/saat icazə verilən yolda 63 km/saat sürət artıq cərimə ilə nəticələnə bilər.
Qurum rəhbəri Mixail Kızlık bildirib ki, yeni sistemlərin texniki xətası maksimum 1 km/saat civarındadır və bu səbəbdən ölçmələrdə ciddi yanlışlıq gözlənilmir.
Qeyd olunur ki, təşəbbüs nəqliyyat üzrə mütəxəssislər tərəfindən dəstəklənir. Lakin qaydanın qüvvəyə minməsi üçün hələlik Rusiya Daxili İşlər Nazirliyi və hökumətin rəsmi təsdiqi tələb olunur.
Musavat.com