ABŞ-də qalmaqallı maliyyəçi Ceffri Epşteyn ilə bağlı yeni detallar üzə çıxıb.
Musavat.com xəbər verir ki, The New York Times nəşrinin məlumatına görə, Epşteyn şəxsi adasında yerləşən və “məscid” adlandırdığı tikili üçün islam dini əşyaları toplayıb.
Məlumata əsasən, Qurandan ayələrin yer aldığı qobelenlər Kəbədən çıxarılıb, plitələr Özbəkistandakı məscidlərdən gətirilib, tikilinin günbəzi isə Suriya memarlıq üslubunda hazırlanıb.
Bildirilir ki, Epşteyn bu əşyaları əldə etmək üçün Yaxın Şərqdəki əlaqələrindən istifadə edib və Səudiyyə Ərəbistanı sarayı ilə təmaslar qurub. Onun vəliəhd Məhəmməd bin Salman ilə də görüş keçirdiyi qeyd olunur.
ABŞ Ədliyyə Nazirliyinin açıqladığı sənədlərə görə, Litl Sent-Ceyms adası üzərində yerləşən və əvvəllər “məbəd” və ya “pavilyon” kimi təsvir edilən bina Epşteyn tərəfindən “məscid” adlandırılıb.
Musavat.com