Bakı, 1 may, AZƏRTAC
ABŞ-nin dövlət borcunun həcmi 2027-ci ilə qədər ÜDM-in 120%-ni keçə bilər.
AZƏRTAC xəbər verir ki, bu barədə beynəlxalq reytinq agentliyi - “Fitch Ratings”in hesabatında bildirilir.
“Bu il və gələn il dövlət büdcəsi kəsirinin ÜDM-in 7,9%-ni təşkil edəcəyini gözləyirik. Hesab edirik ki, artıq yüksək səviyyədə olan dövlət borcu yaxın illərdə ÜDM-in 120%-ni keçəcək”, — deyə hesabatda qeyd olunur.
Hazırda ABŞ-nin milli borcu 39,1 trilyon dolları ötür ki, bu da adambaşına 114 min dollardan çox deməkdir.