AZ

Qaranlıq keçmişindən utanmayan adam:Diplomat yox, təxribatçı kimi danışır

Cebheinfo portalından verilən məlumata görə, ain.az xəbər yayır.

İranın keçmiş xarici işlər naziri Mənuçöhr Möttəki Azərbaycana və BƏƏ-yə yeni "xəbərdarlıq" edib.

"Cebheinfo.az" xəbər verir ki, bu barədə "Sepah Pasdaran"-ın "Telegram" kanalı yazıb.

Sabiq nazir güya narahatlığını dilə gətirərək Azərbaycanı indiyə qədər təsdiqini tapmayan "müharibə iştirakında" ittiham etməyə cəsarət göstərib.

"Təyyarələri haradan qalxıb üstümüzə uçdu? Yoxsa onlar Şimali İrana - Gilan və Mazandarana zərbələr endirdilər? Ekspertlərin fikrincə, onlar Azərbaycan hava məkanından istifadə ediblər. Hərbi mütəxəssislər deyirlər ki, yanacaqdoldurma Azərbaycan hava limanlarında da aparılıb. Bunlar çox ciddi suallardır",- deyə sabiq nazir heç bir əsası olmayan, ölkələr arasında münasibətləri şübhə altına alan ittihamlarını davam etdirib.

Ölkəsinin guya Azərbaycanla mehriban qonşuluq və qardaşlıq münasibətləri istədiyini deyən keçmiş nazir İsrailin Bakıdakı səfirliyinin "İrana qarşı casusluq mərkəzi olması" barədə hansısa məlumatlara istinad edib. İddia edib ki, səfirlik bəzi iranlı turistləri cəlb etməyə çalışır. Görünür, sabiq səfir Azərbaycanda fəaliyyəti dayandırılmış İran Mədəniyyət Mərkəzini unudur, yaxud xatırlamaq istəmir. 

Möttəki bildirib ki, digər bir regional məsələ bazalardır: "Fars körfəzi ölkələrində İraqda bazalar var və biz oradan zərər çəkmişik. Şimali İraqda, İraq Kürdüstanında İran müxalifət qüvvələri illərdir toplanır. Fransa onları separatizm, İranı necə bölmək barədə öyrədib. Amerika onları təşkil edib.

Möhtədi və digər xainlər aşinqtonda proqramlarını Mərkəzi Kəşfiyyat İdarəsi ilə əlaqələndiriblər. Biz bu bazaların və bu terrorçu elementlərin statusunu dəqiq müəyyən etməliyik".

Əslində M.Möttəkinin Azərbaycana qarşı bu münasibəti və fikirləri ilk deyil, yəqin ki, son da olmayacaq. İranın keçmiş xarici işlər nazirinin (2005-2010) Azərbaycana qarşı fəaliyyəti və bəyanatları daha çox onun nazir olduğu dövrə təsadüf edir. 

Mənuçöhr Möttəki həm nazir olduğu dövrdə, həm də sonrakı siyasi fəaliyyətində anti-Azərbaycan mövqeyi ilə tanınıb və bu mövqe bir çox hallarda təxribata qədər uzanıb. Ermənistanda Röbert Köçəryan və Serj Sarkisyanın prezidentliyi dönəmlərində dörd ildə Möttəki dörd dəfə İrəvana səfər edib.

Həm Köçəryanla, həm də Sarkisyanla keçirdiyi görüşlərdə Möttəki öz ölkəsi adından İranın qardaş Ermənistanla ortaq dəyərləri bölüşdüklərini bəyan edib. Möttəki Azərbaycana qarşı böhtan və şər atmaqdan öncə öz keçmişinə nəzər salsa, daha yaxşı olar. 

1985-ci ildə İran İslam Respublikasının Türkiyədəki səfiri vəzifəsinə təyin edilən Mənuçöhr Möttəkinin adı ağır cinayətlərdə hallanır. Belə ki, Mottaki Ankarada fəaliyyəti dövründə Türkiyəyə mühacirət etmiş iranlı müxaliflərin oğurlanması və qətllərinin hazırlanmasında iştirakçı kimi gündəmə gəlib.

Qaranlıq siyasi keçmişi və fəaliyyəti olan bu şəxsin diplomat yox, daha çox təxribatçı kimi tanınması da onun fikirlərinin əslində haradan bəsləndiyini söyləməyə kifayətdir.

Xəzər

"Cebheinfo.az"

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
37
1
cebheinfo.az

2Mənbələr