AZ

Canni İnfantino FİFA dan getmək istəmir

ain.az, sport24.az portalına istinadən məlumat verir.

FİFA prezidenti Canni İnfantino 2031-ci ilə qədər vəzifəsində qalmağı planlaşdırır. Sport24.az xəbər verir ki, ali futbol qurumunun rəhbəri Kanadanın Vankuver şəhərində keçirilən FİFA-nın Konqresində yenidən seçilmək niyyətində olduğunu açıqlayıb.

İnfantino 2016-cı ildən bəri FİFA prezidenti vəzifəsində çalışır. Təşkilatın nizamnaməsi maksimum vəzifə müddətini üç dörd illik müddətlə məhdudlaşdırır. Lakin 2022-ci ildə FİFA Şurası İnfantinonun 2016-cı ildən 2019-cu ilə qədər prezident kimi ilk müddətini nəzərə almamaq qərarına gəlib.

Beləliklə, İnfantinonun dördüncü müddəti onun üçün üçüncü olacaq və qalib gələcəyi təqdirdə səlahiyyət müddətini 15 ilə qədər uzadacaq. O, 2023-cü ildə keçirilən əvvəlki seçkilərdə yeganə namizəd idi.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
46
sport24.az

1Mənbələr