AZ

“İran atəşkəsdən istifadə edir”

Qafqazinfo saytından əldə olunan məlumata görə, ain.az məlumat yayır.

İran hava hücumlarından sonra dağıntılar altında qalan silah ehtiyatlarını bərpa etmək üçün atəşkəs rejimindən istifadə edir.

“Qafqazinfo” xəbər verir ki, bu barədə “NBC News” ABŞ rəsmisinə və məsələyə yaxın iki mənbəyə istinadən məlumat yayıb.

Bildirilib ki, Tehran hökuməti ABŞ və İsrailin hücumlarından sonra yer altında gizlədilmiş və ya dağıntılar altında qalmış raket və digər sursatların çıxarılması istiqamətində fəaliyyətini gücləndirib.

Məlumata görə, ABŞ rəsmiləri İranın bu addımla pilotsuz uçuş aparatları və raket imkanlarını qısa müddətdə bərpa etməyə çalışdığını düşünür.

Mənbələrin sözlərinə görə, rəsmi Tehran mümkün yeni eskalasiya ehtimalını da nəzərə alır. Belə ki, Donald Tramp administrasiyası hərbi əməliyyatları yenidən başlatmaq qərarı verərsə, İranın Yaxın Şərqdə cavab hücumları həyata keçirmək imkanlarını qorumağa çalışdığı qeyd olunur.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
63
50
qafqazinfo.az

10Mənbələr