AZ

Bu ölkədə labrador itinə "241-ci deputat" adı verildi

Bolqarıstanın 52-ci çağırış Xalq Məclisinin plenar iclaslarının daimi iştirakçısı it olacaq.

Publika.az xəbər verir ki, bu barədə Bolqarıstan Milli Televiziyası məlumat yayıb.

Bildirilib ki, söhbət görmə məhdudiyyətli deputat İvan Yanevin bələdçi iti - "Rover" ləqəbli labradordan gedir.

Yeni çağırış parlamentə növbədənkənar seçkilər aprelin 19-da keçirilib, ilk iclas isə cümə axşamı baş tutub. Yanev 240 yerdən 131-ni qazanaraq mütləq çoxluq əldə edən "Proqressiv Bolqarıstan" blokunun siyahısı üzrə deputat seçilib.

Qanunverici orqanın fəaliyyətə başlamasına bir neçə gün qalmış deputat hərəkət marşrutlarını öyrənmək üçün labradoru ilə birlikdə binaya baş çəkib. Parlamentdə artıq zarafatla "Rover"in 241-ci deputat olduğunu deyirlər.

Seçilən
38
publika.az

1Mənbələr