AZ

DƏHŞƏTLİ QƏZA: Sərnişin avtobusu aşdı: 3 ölü, 31 yaralı

Türkiyənin Balıkəsir vilayətinin Bandırma rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib.

Musavat.com xəbər verir ki, hadisə gecə saat 03:30 radələrində Külefli qovşağında qeydə alınıb.

Tekirdağ istiqamətindən İzmir şəhərinə doğru hərəkət edən, 35 PK 328 dövlət nömrə nişanlı sərnişin avtobusu sürücünün idarəetməni itirməsi nəticəsində yoldan çıxaraq aşıb.

Qəza nəticəsində 3 nəfər həyatını itirib, 31 nəfər isə müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Yaralılardan birinin vəziyyətinin ağır olduğu bildirilir.

Hadisədən dərhal sonra əraziyə təcili yardım, yanğınsöndürənlər və polis əməkdaşları cəlb olunub. Yaralılara ilkin tibbi yardım göstərildikdən sonra onlar yaxınlıqdakı xəstəxanalara çatdırılıb.

Qəzada həyatını itirənlərin Nezire Akova, Elif Kel və Kemal Can Sert olduğu açıqlanıb. Onların cəsədləri Bandırma Təlim və Araşdırma Xəstəxanasının morquna aparılıb.

Faktla bağlı araşdırma aparılır.

Musavat.com

Seçilən
47
musavat.com

1Mənbələr